Главная > Maraqlı > Rahat yatmaq üçün tövsiyyələr

Rahat yatmaq üçün tövsiyyələr


23-07-2017, 08:49.

Gecəni rahat yatmaq üçün hər bir insanın ehtiyacı var… Lazımı qədər yatmasanız, qan şəkəriniz yüksələ bilər, depressiyaya meyilli vəziyyət yarana bilər. Hətta beyninizdə belə müəyyən problemlərlə qarşılaşa bilərsiniz.


Yaddaşınızda, ürək və daha başqa orqanlarınza təsir edərək, stress və hormonlar dəyişə biləcək vəziyyətə düşə bilər.. Günlük işləriniz və sıxıntılı vəziyyətlərinizi qaydaya salıb və sağlamlığınızı düşünərək ən az 7 saat yatmağınız vacib hesab edilir…


Yatmağınızı daha da rahatlaşdırmaq üçün tövsiyyələr: Bunu hər gecə yatmamışdan qabaq edin. Üzünüzü yuyun, dişlərinizi fırçalayın, işıqları söndürün. Bu və vu kimi davranışlar sizing tez və rahat yatmağınıza köməklik edəcək .


Əgər evdəsinizsə, yuxunuz qəfldən gəlirsə mütləq həmin an bütün işlərinizi buraxıb yatın. Əks halda, gecəni narahatlıqla və gec yata bilərsiniz. Buda sizing üçün yaxşı olmaz.


Yeni yuyulmuş yastıq üzü və yataq dəslərindən istifadə edin: Belə halda, gecə yarısı dönmələrinizə və olduqca sakit yatmağınıza səbəb olacaq. Ya da yatmamışdan öncə, otağınıza bir az ətr vurun və yatağınıza yatmadan bir neçə dəqiqə önçə yatağınıza da vurun.

Saatı olduğunuz otaqda saxlamıyın: Saatın səsi sizi narahat etməmək üçün və gecənin bir yarısında yuxudan oyanmış olduğunuz halda görüb əsəbləşməməyiniz üçün, onu gözünüzdən kənar bir yerə qoyun.


Yastığınızı qabartılmış vəziyyətə salınƏgər davamlı olaraq yastığınızı gecə boyu yumruqlayacaqsınızsa onda yastığınız get-gedə nazikləşəcək. Alçaq yastıqda yuxunuz qaça bilər.


Düzgün yastıq seçin: Yastıq yumşaq olmalıdır, ancaq çox yüksək olmalı, boynunuzu dəstəkləməli şəkildə olmalıdır, alergiya yaratmamlı və elə yastıq olmalıdır ki, yuyula bilsin. Yastıqda nə qədər boynunzu rahat şəkildə qoya biləcəksinzisə bir o qədər də, gecəni rahat yatacaqsınız. Və boyun ağrılarınız olmayacaq.


Pəncərələrinizə qalın pərdə taxın: Hətta çöldəki işıqların yanması belə sizin yatmağınıza mane ola bilər, Yataq otağınızı təmiz saxlayın və rahatlayıcı rənglərdən istifadə edin oatğınızın dizaynı üçün. Elə rənglər olsun ki, insanı yuxuya tez apara bilsin, Yatağınızda kitab oxuyarkən ya da, yatmağa hazırlaşarkən o rənglər sizə xoş təsurat bağışlayacaq.

Yatmadan öncə bir ovuc çərəz ya da meyvə yeyin. Bunlar yuxunuzun tez gəlməyinə yaxşı təsir bağışlayacaq. Ondan əlavə bir stəkan ilıq süd də içə bilərsiniz.


Yataqda olarkən, gündəliyinizə 10 dəqiqə vaxt ayırın: Gün ərzində yaşadığınız hadisələr, hiss etdiyiniz duyğuları yazın ora, beləcə də yuxuya dad aha tez qovuşmuş olarsınız.


Yatağınızın yanında dəftər və qələm qoyun, gecə yarısı birdən qalxdığınızda ağlınıza bir şey gələrsə, həmin an düşündüklərinizi o dəftərə qeyd edin, çünki təkrar yuxuya getdiyiniz andan sonra bu düşüncələriniz uçub gedəcək.

 


Вернуться назад