Главная > İdman > "Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib23-07-2017, 13:43. |
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"a qalib gəlib. "Report" xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və görüş kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Matçı stadionda 82 min 104 tamaşaçı izləyib. Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib. "Yuventus"un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər. Turnirin növbəti oyununda "Barselona" "Mançester Yunayted"lə, "Yuventus" PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək. Beynəlxalq Çempionlar Kuboku "Barselona" – "Yuventus" - 2:1 1:0 – Neymar – 15, 2:0 – Neymar – 26, 2:1 – Kyellini – 63
Вернуться назад |