Главная > İdman > Ərəb şeyxindən 222 milyon avroluq təklif

Ərəb şeyxindən 222 milyon avroluq təklif


22-07-2017, 18:40.

İdman transferləri sahəsində rekord məbləğdə anlaşmaya imza atıla bilər.

 

Bu barədə İspaniyanın "Sport" dərgisi yazıb.

 

Söhbət Fransanın PSG futbol klubunun "Barcelona"nın braziliyalı ulduzu Neymarla apardığı danışıqlardan gedir.

 

"Barcelona" oyunçunu satmaq istəmədiyinə görə, PSG-nin qətərli prezidenti Nasir Əl-Xelaifi 222 milyon avro təklif edərək Neymarın sərbəst olmasını təmin etmək istəyir.

 

Bu təklif reallaşsa, Neymar idman tarixinin ən bahalı transferinə imza atacaq.(sputnik)

 


Вернуться назад