Главная > Ölkə > Rəsulzadənin mətbuat haqqında yazdıqlarından sitatlar: “Məzlum millətin mətbuatı da məzlum olur"
Rəsulzadənin mətbuat haqqında yazdıqlarından sitatlar: “Məzlum millətin mətbuatı da məzlum olur"22-07-2017, 18:58. |
Azərbaycan Mətbuatının yaranması günü münasibəti ilə aşağıdakı yazını oxuyucuların diqqətinə çatdırırıq. M.Ə.Rəsulzadənin mətbuat haqqında müxtəlif qəzetlərdə yazdıqları:
"Mocibi-heyrət” "Doğrudur, qəzetlər arasında hər bir vaxt, hər bir zaman mübahisə, mücadilə,
mübarizə olur. Lakin bu bəhs, bu cidal, xəncər və tapança davası olmayıb
müsadimeyi-əfkar (ictimai fikir), mübarizeyi-təsəvvürdən ibarətdir və bu
toqquşma və vuruşma qəbih(pis) olmayıb, bəlkə ən gözəl və ən müstəhsən(bəyənilən)
mübarizə təriqidir(yoludur). "İrşad”qəzeti, N189, yanvar 1906.
"Yeni qəzetə” "Qəzetənin məsləki – hürriyətpərvərlikdir... Doğruya-doğru, əyri¬yə-əyri demək "Vətən xadimi”nin borcu olduğu kimi aləmi-islamiy¬yətdə cərəyan edən əhval və vəqayedə zaman, məkanın müdafiəsinə görə acı-acı tənqid etmək məsləkimiz müqtəziyyatındadır (vacibdir)”. "İrşad”qəzeti, N108, 9 may 1906.
"Tan Yuldızı”(Dan Ulduzu) "Kazan şəhərində çıxan "Tan Yuldızı” qəzetəsinin əvvəlinci və ikinci nömrələrini aldıq. Qəzetənin şiyveyi – təhririyyəsi qafqaziyalılar anlayacaq bir dildə deyilsə də, mündəricartı o qədər maraqlı, məsləki o qədər müstəqimdir(doğru,sağlam) ki, hər bir sahibi-zövq hıqqana-hıqqana olsa da onu oxuyub məzmunundan xəbərdar olacaqdır. Arzu edilirdi ki, ədəbiyyatımızın üfüqündə bu tövr yulduzlar çoxlaşıb "Tan Yuldızı”nın məsləki aramızda bərqərar olaydı”. "İrşad” N128, 1 iyun 1906.
"Yeni inqilab xadimi” "İnqilab ilə əksinqilab həmişə vuruşub çəkilməkdədir. Bu vuruşmanın, bu çəkişmənin asari aləmi-mətbuatda pək yaxşı müşahidə olunur. Bu gün bir qəzetə nəşr olunur. İnqilab tərəfdən isə həqiqətsevər, ədalət tələb edər isə, sabah bağlanar. Əvəzində surətini dəyişib, özgə bir surətdə nəşr edər. O da bağlanar, təbid (uzaqlaşdırma) edilər. Nəhayət, olduğu şəhərdə çap olunmağa qoyulmaz, özgə şəhərdə çap olunar. Çap olunar da dediyini deyər, yazdığını yazar, nəhayət, şiddətli də yazar. Xülasə, heç bir mümaniət (mane olmaq) və işğaldan çəkinməyib, kəlami-hümmət və qeyrət ilə inqilab əksinqilab ilə boğuşar, savaşar”. "İrşad”qəzeti, N139, 14 iyun 1906.
"İran işləri” "Madam ki, mətbuat hökumət amirlərinin təhti-təftiş və nəzarətindədir, madam ki, qələm azad deyil, xanlar, vəzirlər hər nə istəsələr eləyəcəklər – seçkinin üsulunu bildirmək və hökumət amirlərinin xəyanətini kəşf etmək üçün lazımdır ki, mətbuat azad olub, hər bir təcavüzdən məsun (toxunulmaz) qalsın”. "İrşad”qəzeti, N186, 8 avqust 1906.
"Dəbistan” "Məlum olduğu üzrə şəhərimizdə
uşaqlara məxsus ayda iki dəfə nəşr olunan "Dəbistan” jurnalı 7 aydır ki, nəşr
olunur. Demək olar ki, "Dəbistan” Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci
jurnaldır. Doğrudur, Türkiyədə "Cocuqlara məxsus qəzetə” çıxır, lakin Sultan Həmid
tərzi-idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır... "İrşad”qəzeti, N280, 7 dekabr 1906.
"Hürriyyəti mətbuat müsəlman mürəttiblərinə dair” "Ümumən hər tayfanın
arasında mürəttiblər qeyri fəhlələrə nisbətən "ziyalı fəhlə” hesab olunurlar.
Yəni qeyri-bisavad fəhlələrə nisbətən mürəttiblər öz savadları cəhətinə-tərəqqiyə
və mədəniyyətə artıq mail olurlar. "Təkamül”qəzeti, N1, 16 dekabr 1906.
"İslam mətbuatı” "Elə bir gün yoxdur ki, zülm və istibdad altında qalmış vətənimizdə bir qəzetə və ya bir jurnal bağlanmasın. Bunlara ümdə səbəb ya idareyi-ürfiyyeyi-əsgəriyyələrdi (voyennoye polojeniye-hərbi vəziyyət) ki, həqqaniyyəti (ədaləti) izhar edici mətbuata nəfəs vermiyorlar və yaxud həqqaniyyəti (ədaləti) icra etmək niyyətində olan mücahidlərin bacardıqları dərəcə özlərinin tavakası (xahişi) olmayıb müştərilər tərəfindən kömək və ianə görmədikləridir”. "Təkamül”qəzeti, N3, 30 dekabr 1906.
"Cavaba cavab” "Tərcüman” qəzetəsi, "Təkamül”ə cavab olaraq Baxçasarayda xuliqan müsəlmanların olması əsilsizdir –diyor və buna binaən "Təkamül”ün xatirini incitmək istəməyib, özünün nə iştirakiyyun tərəfdarı, nə də millətçilik dairəsindən xaric fəhlə tərəfdarı olmadığını bildirərək ümumi hürriyyətpərəst olduğunu mühafizəyə qalxışıyor. Hürriyyətpərəstləri biz qəlbən seviriz – diyor. Lakin biz bir dəqiqəliyə tutalım ki, "Tərcüman” hürriyyətpərəstdir. Qoy belə olsun. Onda bəs "Tərcüman”ın müdiri İsmayıl bəy cənablarının müsəlmanlar ittifaqi-mərkəziyyəsində söylədiyi "Ülfət”in qırx doqquzuncu nömrəsində dərc olunan bu nitqinə nə ad qoyalım?” "Təkamül”qəzeti, N5, 20 yanvar 1907.
"Mətbuat xüsusunda” "Rusiya mətbuatı olmazın
təvyiqatı(yubandırma,gecikdirmə) çəkmiş 17 oktyabr manifestindən bəri bir
hürriyyəti-mətbuat xülyasına göz tikmiş olan Rusiya qəzetələri budur 3 ildir hələ
sıxıntıdadırlar! "Tərəqqi”qəzeti, N108, 21 noyabr 1908.
"Bizim məramımız” "...Qəzet millətin
danışan dilidir. Bir millətin ki, qəzeti yoxdur, elə bil ki, o millətin dili
yoxdur... Təhririyyə-heyəti
"Məzlum millətin mətbuatı
da məzlum olur. Bizim əzəmətli vətənimiz İran düşdüyü bu biçarə vəziyyətdə hər
tərəfdən xarici və daxili tamahlara düçar olub, uzun müddətdir ki, ağır xəstələnib
və indi də qansızlıq və gücsüzlükdən iztirablı, zəif haldadır. Şübhə yoxdur ki,
biz – millətin dili adlanan jurnalistlər də zəif və aciz olacağıq.
"Şəms” qəzeti "İstanbulda bir yarımvərəq
qəzet çıxır. Ona "Şəms” deyirlər. İranlı oxucuların az bir qisminin fikrinə görə
o prins Ərbəüddövlənin məddahı olan miskin bir qəzetdir. Az qismi ona görə
deyirik ki, müştərisi yoxdur...
"Quyruqlu ulduzun təsirləri” "Arzu edirəm ki, yarımvərəq qəzetələr öz adlarını "İran müfəttişi” qoyub, müxbir adı ilə xalqın cibinə girməyə, bununla da mətbuatı abırdan salıb, xəcalətli edib, keçmişdəki kimi ağızlarına gələni yazmağa cürət etməsinlər”. "İrani-Nov”qəzeti, N166, 30 mart 1910-cu il.
"Müsahibənin tərcüməsi” "Yerli qəzet
redaktorlarından biri "Şərq” və "İrani-Nov” qəzetlərinin bağlanması məsələsi
barədə baş nazirdən müsahibə almışdır. "İrani-Nov”qəzeti, N216, 28 may, 1910-cu il.
"Mətbuat azadlığı” "Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı
olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. "İrani-Nov”qəzeti, N28, 34, 40, 46, 50, 53; 28 aprel, 6, 11, 20, 24, 28 may 1911-ci il
Yazı Məmməd Əmin Rəsulzadə irsini araşdıran, tarixçi Nəsiman Yaqublunun "facebook" hesabından götürülmüşdür Uluyol.info Вернуться назад |