Главная > GÜNDƏM > Rusiya bizi işğal edir – Gürcüstandan çağırış

Rusiya bizi işğal edir – Gürcüstandan çağırış


22-07-2017, 17:13.

Qondarma Cənubi Osetiyadakı bəzi ordu hissələrinin Rusiyaya verilməsi haqqında razılaşma Rusiyanın Gürcüstan ərazilərinə nəzarət etməsi deməkdir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə naziri Ketevan Tsixelaşvili söyləyib.

"Bu bir daha sübut edir ki, Rusiya Gürcüstan ərazilərinin işğalını açıq formada aparır. Bu sənəd heç bir hüquqi əsas daşımır”, – o bildirib.

Qeyd edək ki, bundan öncə qondarma Cənubi Osetiya parlamenti bəzi hərbi biləşmələrin Rusiya ordusunun tərkibinə daxil edilməsi haqqında razılaşmanı ratifikasiya edib.

 


Вернуться назад