Главная > Ədəbiyyat > Rəngini itirmişəm
Rəngini itirmişəm21-07-2017, 21:50. |
RƏNGİMİ İTİRMİŞƏM Gözlərinin rənginə, Saçlarının ahənginə, Varlığının tümünə Aşiq oldum, birdənəm... Sənsiz yoxam, bilginən. Elə bil ki bitmişəm, Bu rəngli dünyada mən Rəngimi itirmişəm... Rəngimi itirmişəm... *** Solub bənizim mənim. Donub dənizim mənim, Sənsiz tənha sahildə Qalmışam, üşüyürəm... Yaşamıram dünyada, Sanki çoxdan getmişəm. Sənsiz bu qısa ömrü Vallahi bitirmişəm... Artıq rəngsiz tabloyam, Rəngimi itirmişəm... Rəngimi itirmişəm... *** Susma! Bir şey söylə, gəl! Sənsiz bu qaranlığı Varlığınla dağıt, dəl! Gör ki, neçə zamandır Açılıbdı iki əl Sənə doğru, mələyim... Sən olmusan gərəyim. Ölüm belə sənsiz Artıq gəlmək istəmir. Gəl, bitir bu əzabı... Kağız-qələm içində Deyəsən mən itmişəm, Rəngimi itirmişəm... Rəngimi itirmişəm... *** Duyğularım sönməyib, Qorxma, heç nə ölməyib. Sadəcə sənsizlik, Bir də "sən” deyə Ümidim var mənim... İstəmirəm ayrılım Sənlə dolu dünyadan, Sənsizliklə boğulum Bu dərin "dəryada”... Sənsiz heç nə yoxdu Sezmişəm. Sənsizlikdən bezmişəm... Daha göy qurşağı da Deyir ki, rənglərimi İtirmişəm. Mən də ona qoşulub Söyləyirəm: Rəngimi itirmişəm... Rəngimi itirmişəm...
Elşən İsmayıl, yazar və rejissor
Вернуться назад |