Главная > Region > Üzüm çardağından yıxılan Salyan sakini ağır yaralanıb

Üzüm çardağından yıxılan Salyan sakini ağır yaralanıb


21-07-2017, 14:22.

Salyan rayonunun Dayıkənd kəndində bu gün günorta saatlarında bədbəxt hadisə baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, həyətindəki hündür üzüm çardağına "reyka” vurmaq istəyən 57 yaşlı kənd sakini Əliyev Xamməd Salman oğlu oradan başı üstə yerə yıxılıb.

Hazırda Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

 


Вернуться назад