Главная > Siyasət > Tramp Türkiyədəki səfirini dəyişdirir

Tramp Türkiyədəki səfirini dəyişdirir


21-07-2017, 14:56.

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Con Bası yeni vəzifəyə təyin edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti yayıb.

Mətbuat Xidməti Basın ABŞ-ın Əfqanıstandakı səfirliyinə rəhbər təyin olunmasının planlaşdırıldığını bildirib.

Qeyd edək ki, Con Bas 2014-cü ildən ABŞ-ın Ankarada səfiri vəzifəsini icra edir.

 


Вернуться назад