Главная > Dünya > İsrail müsəlmanlara məscidə getməyi qadağan etdi

İsrail müsəlmanlara məscidə getməyi qadağan etdi


21-07-2017, 15:39.

İsrail hökuməti yaşı 50-dən aşağı olan müsəlmanlara Əl-Əqsa məscidinə girməyi qadadağan edib.

Axar.az xəbər verir ki, İsrail polisi verdiyi açıqlamada bu qadağanın növbəti əmr verilənə qədər davam edəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Əl-Əqsa məscidinə daxil olan İsrail əsgərləri ilə fələstinlilər arsında qısamüddətli qarşıdurma baş vermişdi. Təl-Əvivin bu addımı islam ölkələrinin kəskin etirazına səbəb olmuşdu.

Əl-Əqsa müsəlmanlar üçün müqəddəs məkanlardan biri hesab edilir. Bu məscid müsəlmanların ilk qibləsi hesab edilir. Əl-Əqsa həmçinin İslam dünyasının ən qədim ikinci məscidi sayılır.

 


Вернуться назад