Beynəlxalq Futbol
Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs
edilib.
APA-nın "unian.net” saytına istinadən verdiyi məlumata görə, onunla birgə oğlu
Qorka da saxlanılıb.
A. Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı
çərçivəsində həbs olunub.
Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti,
Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi
Ramon Ernandes Bassunun adı var.
Вернуться назад
|