Главная > Islam > Kriminalistikanın düsturu Quranda belə əks olunub – Elmi-lədun hesablama

Kriminalistikanın düsturu Quranda belə əks olunub – Elmi-lədun hesablama


18-07-2017, 12:34.

Etiraf etməliyik ki, qanuni oğrular bu gün cəmiyyətimizə çox böyük nüfuz etməkdədirlər və demək olar ki, söz sahibidirlər. Hətda bir çox dövlətlər hazırda mafiya (oğru) qanunları ilə idarə olunur. Odur ki, dövlət başçılarının bir qisminin (əsasən şərq ölkələrinin) əlləri öz xalqlarının, digər qisim (qərb dövlətlərinin) rəhbərlərin əlləri isə, digər millətlərin qanına batmaqdadır.

Yer kürrəsində (istər qərb, istər şərqində) mövcud olan dövlətlərin böyük əksəriyyəti mafiya tipli dövlətlərdir.

 

Bu səbəbdən Yer kürrəsində kriminal hadisələr çoxalmaqda, nahaq qanlar axmaqdadır...

 

Bütün bunları nəzərə alıb, kriminal aləmə elmi-ladunla bir nəzər salmaq qərarına gəldik.

Qeyd edək ki, bu aləmin əsas "atributu" barmaq izləridir. Odur ki, sahəni işıqlandırmağa da burdan başlayaq.

 

Bildiyimiz kimi, barmaq izlərini araşdıran dünyəvi elm DAKTİLOSKOPİYYA adlanır.

Araşdırmalarımız göstərir ki, bütün elmlərin mənbəyi Quranda olduğu kimi, daktiloskopiyya elminin də mənbəyi müqəddəs kitaba bağlanır.

Öncə qeyd edək ki, insanın anatomik quruluşunda olan saysız-hesabsız hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri biri-birinə bənzəmir. Quranda bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin barmaq izləri olduğu kimi bərpa olunacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq:

 

"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4

 

Elmi-lədun mənə işarə verdi ki, Quranın birinci ayəsindən başla, 75-ci surənin 4-cü ayəsinə qədər say, gör nə görəcəksən.

 

Mən də tənbəllik etməyib saymağa başladım. Həmin barmaq izlərindən bəhs edən yeganə ayəyə çatanda gördüm bu Quranın 5555-ci ayəsidir.

 

Buradakı hikmət ondan ibarətdir ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4-cü ayəsini göstərir:

 

"Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4 (5555-ci ayə)

 

Bu və digər hikmətlər onu göstərir ki, Quranın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur.

 

Odur ki, əməllərimizə diqqət edək. Çalışaq ki, barmaq izləriniz ancaq gözəl əməllərin üzərində qalsın. Çünkü, hansı vəzifədə işləməyinizdən aslı olmayaraq, bir gün mütləq əməllərimiz araşdırılacaq və qarşımıza qoyulacaq.

 

Paşa Yaqub - tədqiqatçı yazar, psixoloq

 

(moderator.az)


Вернуться назад