Главная > Ədəbiyyat > Səməd Vurğun haqqında “satqın” iddiası aranı qatdı
Səməd Vurğun haqqında “satqın” iddiası aranı qatdı18-07-2017, 10:12. |
Cəlil Cavanşir: "Onu cinayətkar aləmin jarqonu ilə satqın adlandırmaq olar, çünki...”; Səməd Vəkilov: "Hikmət Hacızadənin əmisi oğlu Elçibəyi satıb”
Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilmirəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb".
Hikmət Hacızadə
Səməd Vəkilov Özlərini "zəncirlənmiş Azərbaycan xalqının vətənpərvər gəncləri” adlandıran gənc şairlər Səməd Vurğundan onların fikirlərinə dəstək olmasını istəyirlər. Lakin imzasız məktub hansısa yollarlasa 4 il 5 aydan sonra Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının əlinə keçir. İddia olunan variantlara görə, ya Səməd Vurğun nəzarətdə saxlanılırdı, ya da şair partiyaya sədaqətini sübut etmək üçün şəxsən quruma təqdim edib. Məktubu yazan gənclərin taleyinə gəldikdə isə aparılan araşdırmalar nəticəsində "müqəssirlər” tapılır və 1949-cu il 21 fevral tarixli qərara əsasən Rəhimov İsmixan 25 il, Abdullayev Gülhüseyn 25 il, Zeynalov Hacın 25 il, Əliyev Kamal 10 il, Vahidov Aydın 10 il, Ələsgərov Azər 10 il və Abdullayev Musan 10 il müddətinə azadlıqdan məhrum edilir, sürgünə göndərilirlər. 1956-cı il iyulun 22-də isə SSRİ Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyası Rəhimov İsmixanın, Abdullayev Gülhüseynin, Zeynalov Hacının, Vahidov Aydının, Ələsgərov Azərin, Abdullayev Musanın, Əliyev Kamalın və Rzayev Kamilin işlərində cinayət tərkibi olmadığı üçün onları azadlığa buraxır.
Yazıçı Cəlil Cavanşirin "Yeni Müsavat”a dedikləri:"Düşünürəm ki, bu məsələyə kompleksli yanaşmaq lazımdır. İndiki dövrdə Hikmət Hacızadə mövqeyində olan bir adam Səməd Vurğunu satqın adlandıra bilər. Lakin 37-ci ilin havasını görən adam şairi satqın adlandıra bilməz. O dövrdə qələm adamları arasında sanki bir növ yaşamaq uğrunda mübarizə gedirdi. Çünki Stalin repressiyası Azərbaycanda çox ciddi qələm adamlarının həyatlarına son qoyurdu. Səməd Vurğun həm 37-ci illərdə, həm də ondan sonra ola bilsin ki, sovet hakimiyyətinə tərəf müəyyən addımlar atıb, donoslar yazıb. Lakin ümumi mənada onu satqın adlandırmaq olmaz. Belə olan halda, onda gərək həmin dövrdə sağ qalan ziyalılarımızı, şairlərimizi də satqın adlandıraq. Çünki onlar da öz həmkarlarının əleyhinə yazmaq məcburiyyətində olublar. Səməd Vurğunun adıçəkilən gənclər haqqında atdığı addım bir növ özünü müdafiə idi. Ola bilsin ki, həmin dövrdə KQB bunu təşkil edib, Səməd Vurğun da həyatda qalmaq üçün belə bir addım atıb.
Вернуться назад |