Главная > Problem > Zaqatalada çayçılıq məhv həddinə çatıb

Zaqatalada çayçılıq məhv həddinə çatıb


17-07-2017, 22:00.

Bir vaxtlar Azərbaycanda Zaqatala Çay Emalı Fabrikində istehsal olunan quru çayın həcmi ümumilikdə 65-70 ton olurdu. Ancaq zaman keçdikcə plantasiyaların həcmi azalaraq 30 hektara düşüb. İndi rayonun yalnız "Qazangöl” adlanan ərazisində plantasiya qalıb. Tədbir görülməzsə, dadına, tərkibinin zənginliyinə görə məşhur olan Zaqatala çayının təkcə adı qalacaq.”

Bu problemlə bağlı həyəcan təbilini "Zaqatala Çay” MMC-nin sədri Abdulməcid Şabanov çalıb.

A.Şabanov Zaqatalada çayçılığın bu vəziyyətə düşməsinin bir səbəbini digər məqsədlər üçün istifadə edilməsi, digər səbəbini isə qalmış plantasiyaların "qocalması” ilə əlaqələndirib.

 


Вернуться назад