Главная > Dünya > Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib

Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib


17-07-2017, 16:44.

Yeni prezident işə piyada gedir

Monqolustanın yeni Prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən "İx Tenger” prezident iqamətgahında yaşamaqdan imtina edib.

Son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar.

Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.

Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük "Jeep”lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.

 



Вернуться назад