Məlum olduğu kimi, "Qarabağ” sabah Çempionlar Liqasının
II təsnifat mərhələsinin cavab matçında "Samtredia”yla qarşılaşacaq.Apasport.az saytının məlumatına görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri
bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr
yaşanıb.
Bunu nəzərə alaraq, "Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni
təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət
edib.
Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin
qarşısının alınması yönündə ağdamlıların rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri
ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı
barədə qərar qəbul edilib.
Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün
maksimum çalışacaqlarını bildirib.
Вернуться назад
|