Главная > Region > Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO

Azərbaycanda qeyri-adi quzu doğulub – FOTO


14-07-2017, 09:10.

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub.

 

Uluyol.info report.az-a istinadən bildirir ki, hadisə rayonun Əliqulular kənd sakini Yaqub Baxışəliyevin təsərrüfatında qeydə alınıb.

 

Təsərrüfat sahibi indiyə qədər ikiayaqlı və üçayaqlı heyvan görsə də belə bir quzu ilə rastlamadığını deyir. Belə ki, doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən aşağıda qalıb. Eyni zamanda quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə heyvanın qidalanmasına xeyli çətinlik yaradır.

 

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, qidalanmaqda çətinlik çəksə də digər quzular kimi normal qaçıb, yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir.

 Azərbaycanda qeyri-adi quzu doğulub - FOTO


Вернуться назад