Главная > Sosial > Cavid Qurbanova böyük jest – QANUNSUZ QUMARXANALAR ONA VERİLDİ

Cavid Qurbanova böyük jest – QANUNSUZ QUMARXANALAR ONA VERİLDİ


14-07-2017, 11:27.

24saat.org saytının əldə etdiyi səhih məlumata görə, artıq bir neçə gündür ki, Azərbaycan ərazisində qanunsuz totalizator və mərc oyunlarının keçirildiyi obyektlərin fəaliyyətinə yenidən start verilib.

Bu yazı hazırlanan ərəfədə Azərbaycan üzrə artıq fəaliyyətə başlamış qanunsuz totalizator sayınin 8 olduğu barədə dəqiq məlumat əldə etmişik.
Bizə verilən digər məlumata görə, ümumi sayı 21 olacaq bu obyektlərə nəzarət "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanova həvalə edilib.

Əldə etdiyimiz digər məlumata görə isə, yaxın 3 ay ərzində bu qanunsuz totalizatorların lisenziyalaşdırılacağı gözlənilir.
Onu da qeyd edək ki, hazırda totalizatorlar 35×65 faiz nisbəti ilə fəaliyyətə başlayıb.

Yaxın günlərdə mövzu ilə əlaqədər ciddi yazı təqdim edəcəyik.//24saat.org


Вернуться назад