Главная > Mövqe > “Ermənin Bakıya qonaq dəvət edilməsi ağılsızlıqdır”

“Ermənin Bakıya qonaq dəvət edilməsi ağılsızlıqdır”


14-07-2017, 13:18.

"Erməninin Bakıya qonaq dəvət edilməsi yaxşı hal deyil"

 

Azərbaycanla Ermənistan arasında sülh naminə platforma”nın fəalları tərəfindən Erik Xaçaturovdan sonra Oksana Altunyan adlı erməni Bakıya qonaq gətirilib. Alxanlı hadisəsindən sonra ermənin Bakıya qonaq qismində gətirilməsi ictimaiyyət üzvləri tərəfindən qınanılıb.

 

Məsələ ilə bağlı açıqlama verən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) İctimaiyyətlə Əlaqələr Deportamentinin rəhbəri Elşən Yəhyayev ermənin Bakıya dəvət edilməsinin ağılsızlıq olduğunu bildirib:

 

"İyulun 4-də Alxanlı faciəsi baş verib və Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Millət olaraq istər daxildə, istərsə də beynəlxalq səviyyədə məsələyə etirazımızı bildirdik. Ermənilərin insanlığa yaraşmayan hərəkət etdiyini dünyaya çatdırmağa çalışdıq.

 

Bütün bu məsələlərdən sonra Bakıya Oksana Altunyan adlı ermənini dəvət etmək və onu qonaq qismində qarşılamaq çox xoşagəlməz haldır. Ermənilərin Bakıya gəlməyində "Azərbaycanla Ermənistan arasında sülh naminə platforma”nın fəalları yardım edir. Bu platformanın fəallarının adları açıqlanmalıdı xalq tanısın”.


Uluyol.info

 

 


Вернуться назад