Главная > Baş Xəbər > Qarabağda ermənilərin hərbi maşını aşdı: 15 yaralı

Qarabağda ermənilərin hərbi maşını aşdı: 15 yaralı


12-07-2017, 16:40.

Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını işğal olunmuş Azərbaycan ərazisində qəzaya uğrayıb. 

Uluyol.info "Report"a istinadən xəbər verir ki, dünən axşam saatlarına Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbçi baş verən qəzada xəsarət alıb. Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.

V.Qriqoryanın sözlərinə görə hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.

 


Вернуться назад