Главная > Dünya > Müsavat AKM Almaniyada Ermənistan konsulluğu önündə aksiya keçirəcək

Müsavat AKM Almaniyada Ermənistan konsulluğu önündə aksiya keçirəcək


9-07-2017, 22:20.

Müsavat Avropa Kordinasiya Mərkəzi (Müsavat AKM) Almaniyanın Frankfurt şəhərində Ermənistan konsulluğununun binası önündə aksiya keçirəcək.

Bu haqda "Basta”ya Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu məlumat verib.

"Azərbaycanın işğal olunmuş Füzuli şəhəri ərazisində erməni silahlılarının atəşi nəticəsində körpə Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın həlak olması hər bir vətəndaşımızı narahat etməkdədir. Ermənistan ordusunun dinc əhalimizə qarşı bu vəhşiliyi dünya içtimaiyyətinə çatdırılmalıdır”, – Əhməd Cəlaloğlu bildirib. 


O, bildirib ki, aksiyanın rəsmi təşkilatçıları Müsavat AKM Almaniya Rheinland Pfalz və Hessen əyalətləri koordinatlarıdır. Aksiya iyulun 14-də, saat 12:00 dan 15:00-dək Ermənistanın Frankfurt şəhərindəki Konsulluğu önündə (Ünvan: An der Welle 4, 60322 Frankfurt am Main) keçiriləcək.

"Etiraz mitinqində "Ermənistan, vandalizmə son qoy!”, ” İşğal etdiyiniz torpaqlarımızdan dərhal rədd ol!”, ” Körpə qatilləri bağışlanmaz!” və digər şüarlar səsləndirərək. Aksiyanın qətnaməsi səfirliyə, Almaniya və dünya mətbuatına təqdim olunacaq. Eyni zamanda öz vətəndaşlarının təhlükəsizliyini qoruya bilməyən yarıtmaz Azərbaycan iqtidarına da etirazımızı ifadə edəcəyik. Etiraz mitinqində iştirak sərbəstdir və hər bir vətəndaşımızın qatılmasını arzu edərdik”, – Əhməd Cəlaloğlu bildirib.

Bastainfo.com

 

 


Вернуться назад