Главная > Səhiyyə > Ürək-damar sistemi üçün ən faydalı mürəbbə - Siyahı

Ürək-damar sistemi üçün ən faydalı mürəbbə - Siyahı


9-07-2017, 10:47.

Rusiyanın məşhur "Zdorovye" jurnalı ən faydalı və müalicəvi mürəbbələrin siyahısını tərtib edib.

Uluyol.info Sağlamolun.az-a istinadən həmin siyahını təqim edir:

- moruq mürəbbəsi - iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır

- heyva mürəbbəsi - ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır

- zoğal mürəbbəsi -soyuqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir

- qoz mürəbbəsi - ürək üçün faydalıdır, qalxanvari vəzi xəstəlikləri zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur

- qara qarağat mürəbbəsi - avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır

- quşüzümü mürəbbəsi - güclü mikrob və iltihab əleyhinə təsirə malikdir

- çaytikanı mürəbbəsi - immun sistemi möhkəmləndirir, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir

- zirinc mürəbbəsi - iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, təbii polivitamin vasitədir.

 



Вернуться назад