Главная > Baş Xəbər > ATƏT-dən Qarabağla bağlı - Çağırış

ATƏT-dən Qarabağla bağlı - Çağırış


9-07-2017, 22:09.

Bu gün Minskdə öz işini başa çatdıran ATƏT PA-nın 26-ci illik sessiyasının yekun sənədi qəbul olunub.

Report xəbər verir ki, sənədin mətnində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də öz əksini tapıb.

Belə ki, ATƏT PA-nın deputatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində irəliləyiş olmamasından dərin təəssüflərini bildiriblər və tərəfləri münaqişənin təcili mümkün dayanıqlı həll yolunu tapmaq üçün dərhal əyani danışıqlara başlamağa çağırıblar.

ATƏT PA yekun sənədində, həmçinin, Minsk Qrupu həmsədrlərini qətiyyətlə Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.

 


Вернуться назад