Главная > İdman > "Milan" "Borussiya" ilə danışıqlara başladı
"Milan" "Borussiya" ilə danışıqlara başladı9-07-2017, 09:18. |
"Milan" Pyer Emerik-Obameyanqın transferi üçün "Borussiya" ilə danışıqlara başlayıb. Qol.az-ın "Sky Sport İtalia"ya istinadən yaydığı xəbərə görə, tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğu bildirilib. Bundan başqa, Dortmund klubundan ayrılmağa müsbət baxan qabonlu hücumçu A seriyası təmsilçisindən ilinə 12 milyon avro maaş verməyi istəyib. Ancaq "Milan"ın ona 8 milyon avro təklif etdiyi vurğulanıb. Qeyd edək ki, Obameyanqın təzminat qiymətinin 70 milyon avro olduğu bildirilir.
Вернуться назад |