Главная > Baş Xəbər > Ərəbdilli bələdçilərə tələbat artıb, amma... - Video

Ərəbdilli bələdçilərə tələbat artıb, amma... - Video


7-07-2017, 21:50.

Son vaxtlar ölkəyə gələn turistlərin sayının çoxalması bələdçilərə olan tələbatı da artırıb. Söhbət xüsusilə də ərəb və farsdilli turistlərdən gedir. Ancaq turizm şirkətləri ərəb və fars dillərini bilən bələdçilər sarıdan korluq çəkirlər.

Xəzər xəbər-in məlumatına görə, bələdçi işləmək istəyənlərin müraciətləri isə turizm şirkətlərini qane etmir. Səbəb isə iş təklifləri ilə maraqlanan gənc bələdçilərin dil biliklərinin zəif olmasıdır.

Amma təəssüfləndirici haldir ki, ərəb-farsdilli bələdçilərin sayı çox azdır. Bu isə turizm şirkətlərinə problem yaradır. Bu sahədə uzun müddət işləyənlər isə artıq ərəb-fars dillərini öyrənməyə başlayıblar.

İndiki vəziyyətdə bəzi şirkət rəhbərləri problemin müvəqqəti həlli yollunu tapıblar. Onlar çətinlik çəkdikləri zaman ali məktəblərə və ya fərdi olaraq tələbələrə müraciət edirlər.

Ərəb və fars turistlərin ölkəmizə axınını nəzərə alaraq demək olar ki, yaxın dövrdə bu turistlərin dillərini bilən bələdçilərə hələ çox ehtiyac olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 



Вернуться назад