Главная > Media > SOCAR şefi sayta təzyiqləri davam etdirir - Realliq.info Rövnəq Abdullayevin hədəfində

SOCAR şefi sayta təzyiqləri davam etdirir - Realliq.info Rövnəq Abdullayevin hədəfində


7-07-2017, 09:16.

Son zamanlar mediada önəmli yer tutan Realliq.info saytı bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə hücumlara məruz qalıb. Saytın baş redaktoru İkram Rəhimovun sosial şəbəkədə paylaşdığı fikirlər də bir daha bunu təsdiq edir.

Qeyd edək ki, Realliq.info saytında son günlər SOCAR prezidentinin dövlətdən oğurladığı milyonlarla bağlı silsilə yazılar dərc olunmağa başlamışdı. İlk yazıdan sonra İkram Rəhimova olunan təzyiqlər effekt vermədiyindən SOCAR prezidenti digər yola əl atıb. Böyük pul xərcləməklə sayta İp hücumu təşkil edən Rövnəq Abdullayev gün ərzində sayta hücümlara ara verməyib.

Məsələ ilə bağlı İkram Rəhimovla əlaqə saxladıq. Baş redaktor bildirdi ki, hazırda sayta böyük hücüm var və saytı bloklamaq məcburiyyətində qalmışıq. Əlavə tədbirlər görülür. Bir neçə saat ərzində Realliq.info yenidən fəaliyyətini tam bərpa edəcək. SOCAR və onun prezidenti ilə bağlı araşdırmalara gəlincə hələ birinci yazı işıq üzü görüb və əmin olun ki, yazılar sonacan davam edəcək. Dövlətin milyonlarını şəxsi mülkü bilib mənimsəyən Rövnəq Abdullayevin daha hansı əməllərin sahibi olduğunu görəcəksiniz. İkram Rəhimov ona dəstək olan hər bir şəxsə də təşəkkür edib.

Aldığımız məlumatda bildirilir ki, Realliq.info ya olunan hücümların səbəbkarıarı və ifşa edilən İp lərlə bağlı DTX və digər aidiyyatı qurumlara şikayət olunacaq. Biz məmurların saytlara bu cür hücumunu pisləyir və azad sözə qarşı qanun çərçivəsində mübarizə aparılmasını istəyirik.

Onu da qeyd edək ki, İkram Rəhimovun SOCAR və onun Prezidenti ilə bağlı araşdırması artıq bir çox saytlarda dərc olunub.


Вернуться назад