Главная > Ədəbiyyat > Xanım İsmayılqızı Zəhraya şeir yazdı -“Ölümüylə hamını ayaq üstə qaldırdı”
Xanım İsmayılqızı Zəhraya şeir yazdı -“Ölümüylə hamını ayaq üstə qaldırdı”7-07-2017, 16:33. |
Şairə-bəstəkar Xanım İsmayılqızı iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni əsgərləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhraya şeir həsr edib. Xanım İsmayılqızının "Zəhranın səsinə” adlı şeiri təqdim edirik. Zəhranın səsinə...
Səslərin arasında bir körpə səsi uçur,
Qulaqları batırır güllədən keçən ömür,
Burda səsi kəsildi, gedib dünyaya çatdı,
Son damlaya çevrildi, səbirləri daşırdı,
Neçə-neçə körpənin batırılan səsidi,
Ölümüylə hamını ayaq üstə qaldırdı,
Bütün Zəhra ürəkli körpələr susdu sanki,
Bəlkə də haqsızlığı susdurmağa gəlmişdi,
Balaca mələyimiz, qanın yerdə qalmasın,
Yazılan qanunları indi pozmaq vaxtıdı,
Səslərin arasında bir körpə səsi uçur,
(AzNews.az )
Вернуться назад |