Главная > Cəmiyyət > Deputat: “Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”
Deputat: “Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”5-07-2017, 14:23. |
"Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik”. Bunu "Report”a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, bununla bağlı broşürler hazırlamalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhişiliyi haqqında təsəvvürlər daha da genişlənsin: "Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına diqqət yönəltməliyik. Dünyanın buna nə reaksiya verməsinə aludə olmamalıyıq. Çünki kimsədən umacağımız yoxdur. Nəticə odur ki, torpaqlarımız işğal olunub və buna normal reaksiya ala bilmiriksə, uşağın ölümünə görə əlahiddə münasibət gözləməyimiz doğru olmaz. Biz sadəcə öz işimizi görməliyik. Çünki bunun nəticəsi əvvəl-axır olacaq” Fazil Mustafa vurğulayıb ki, bu fakt doğru istifadə edilsə
müəyyən qərarların əsası olacaq, doğru istifadə edilməsə, bir neçə müddətdən
sonra unudulacaq. Onun sözlərinə görə, tək gənclər yox, bütün insanlar bu sahədə
aktiv olmalıdır.
Вернуться назад |