Главная > Ölkə > Müsavatçı qadınlar siyasi məhbuslar üçün kitab toplayır – AKSİYA

Müsavatçı qadınlar siyasi məhbuslar üçün kitab toplayır – AKSİYA


3-07-2017, 20:32.

Bu gün Müsavatçı Qadınlar Birliyi siyasi məhbuslar üçün kitab toplanması kampaniyasına start verib.

 

Bununla bağlı Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, başqan müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Elman Fəttah, Divan üzvləri Vəfa Cümşüdlü, Razim Əmiraslanlı, Rafiq İsmayıl, MNTK üzvü Xuraman Bağırova və digər partiya fəalları iştirak ediblər.

 

Birliyin sədri Alya Yaqublu toplanılan kitabların siyasi məhbuslara təqdim olunacağını bildirərək, hər kəsi bu kampaniyaya qoşulmağa çağırıb.

 

Tədbirdə çıxış edən MSDM-in sədri İsa Qəmbər məhbəsdə olan əqidədaşlarımız üçün ən gözəl hədiyyənin elə kitab olduğunu bildirib, Müsavat başqanı Arif Hacılı isə kitabla bağlı olan həbsxana xatirələrini bölüşüb. Hər iki çıxışçı kampaniyanın təşkilatçılarına təşəkkür bildiriblər.

 

Sonra tədbir iştirakçıları gətirdikləri kitabları aksiyanın təşkilatçılarına təqdim ediblər. Artıq ilk gündən onlarla kitab toplanılıb.//arqument.az

 

Müsavatçı qadınlar siyasi məhbuslar üçün kitab toplayır – AKSİYA
Вернуться назад