Главная > Video xəbər > Tramp CNN-i belə “döydü” - Video

Tramp CNN-i belə “döydü” - Video


2-07-2017, 20:35.

ABŞ prezidenti Donald Tram CNN telekanalına olan mənfi münasibətini ifadə etmək üçün özünəməxsus tərzdə video paylaşıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, şou həvəskarı kimi tanınan Tramp seçkidən öncə əyləncəli döyüş rinqindəki "məharətindən" CNN-ə qarşı istifadə edib. O, tvitter hesabında "saxtakar CNN" başlığı ilə paylaşdığı videoda vaxtilə çəkilmiş görüntülərdə rinqin kənarında yerə yıxaraq yumuruqladığı şəxsin sifətinə "CNN" loqosunu montaj edib. Tramp bununla telekanala olan nifrətini bir daha bəyan edib.

 


Вернуться назад