Главная > Region > Azərbaycanda iki polisin faciəvi sonu— Bayram qeyd edirdilər...

Azərbaycanda iki polisin faciəvi sonu— Bayram qeyd edirdilər...


2-07-2017, 18:39.

Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

 

Uluyol.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ölən polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.

Üç polis öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

Xatırladaq ki, iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

 


Вернуться назад