Главная > Dünya > Ukrayna rus sərhədçiləri həbs etdi: FTX hərəkətə keçdi

Ukrayna rus sərhədçiləri həbs etdi: FTX hərəkətə keçdi


1-07-2017, 00:06.

30 iyunda Krımda, sərhəd zonasında təlim zamanı 2 rus sərhədçi yolu azaraq Ukrayna ərazisinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Hadisə Armyansk rayonu ərazisində baş verib.

"Rus sərhədçilərin qaytarılması üçün Rusiya və Ukrayna sərhəd xidmətinin rəsmiləri mümkün vasitələri nəzərdən keçirir. Ümid edirik ki, sərhədçilər yaxın zamanda beynəlxalq hüquq normaları çərçivəsində Rusiya tərəfinə qaytarılacaq”, - FTX-nin açıqlamasında bildirilir.

 


Вернуться назад