Главная > GÜNDƏM > Bakıda İrəvanla bağlı sayt açıldı

Bakıda İrəvanla bağlı sayt açıldı


1-07-2017, 00:43.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan etdiyi I qrant müsabiqəsində "İrəvan-2018 portalının yaradılması” layihəsi ilə qalib olan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi www.iravan2018.com portalını təqdim edib.

Axar.az xəbər verir ki, təşkilatın sədri Zaur Qəriboğlu 10-dan çox QHT-nin üzv olduğu İrəvan-2018 Hərəkatının fəaliyyətinin davamı olaraq portalın yaradıldığını bildirib. Təşkilat sədri layihənin müddətinin bitməsinə baxmayaraq, portal üzərində zamanla təkminləşdirmə işləri aparılacağını qeyd edib:

"Biz ideologiyaya hesablanmış internet resurslarından IP gözləməməliyik. İllərdir ki, bu yalnış yanaşmaya görə ideologiya, informasiya sahəsində mübarizə aparan internet resurslarının fəaliyyəti maliyyə çatışmazlığı ucbatından yarımçıq qalıb. Çünki bu gün pulu ancaq IP yığan, ideoloji hədəfi olmayan saytlara verirlər. Amma düşmən bizdən fərqli olaraq, məhz ideologiyaya hesablanmış resurslarını maksimum ayaqda saxlamağa çalışır”.

BİRA İctimai Birliyinin "Karabakh Today” və yeni istifadəyə verilən "İrəvan2018” portalarının redaktoru Qədir Nəsirov layihə müddətində arxivlərdən İrəvanın güzəştə gedilməsini isbatlayan protokolların da əldə olunaraq, portala yerləşdirildiyini vurğulayıb. Qeyd edib ki, Qərbi Azərbaycanla bağlı bütün ensklopedik materiallar zamanla istifadəçilərə təqdim olunacaq.

 


Вернуться назад