Главная > Baş Xəbər > Aralıq dənizində 60 miqrant itkin düşüb

Aralıq dənizində 60 miqrant itkin düşüb


30-06-2017, 22:37.

Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 60 nəfər itkin düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomo bəyan edib.

Onun sözlərinə görə, qəza zamanı gəmidə təxminə 140 miqrant olub. Onlardan 80-i xilas edilərək İtaliyanın Brindizi limanına gətirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 77 min miqrant keçib, 1828 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib. İtaliya Daxili işlər nazirliyinin məlumatına əsasən, ötən il ölkəyə Aralıq dənizi vasitəsilə 181 mindən çox qeyri-qanuni miqrant daxil olub.


Вернуться назад