Главная > İdman > Bu gün Messinin toyudur

Bu gün Messinin toyudur


30-06-2017, 16:02.

Bu gün Argentinanın Rosario şəhərində bu ölkənin milli futbol komandasının və "Barselona”nın ulduz hücumçusu Lionel Messinin toyu olacaq.
Virtualaz.org yerli EFE agentliyinə istinadən xəbər verir ki, Messi həmyerlisi və uşaqlarının anası Antonella Rokuzzo ilə evlənir.
Toyda 600 qonağın, o cümlədən "Barselona” klubunun futbolçularının və rəhbər heyətinin, Pikenin həyat yoldaşı Şakiranın iştirak edəcəyi gözlənilir. Toy beşulduzlu "City Center Rosario” mehmanxanasında keçiriləcək.


Вернуться назад