Главная > Ölkə > Millət vəkili Elman Nəsirov dindiriləcək

Millət vəkili Elman Nəsirov dindiriləcək


29-06-2017, 19:37.

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlınn barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə Ə.Muxtarlı həbsdə qalıb, şikayət təmin edilməyib.

E.Sadıqov bildirib ki, Əfqan Muxtarlının barəsindəki cinayət işi "Meydan Tv” ilə bağlı başladılan cinayət işinə birləşdirilib: "Birgə istintaq qrupu yaradılıb, əlavə şəxslər də cəlb edilib. Biz istintaqda vəsatət verdik ki, deputat Elman Nəsirov və "Carçı” verilişinin aparıcısı ifadə verərək Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi üçün xüsusi əməliyyat keçirilməsi barədə cəmiyyətə yaydıqları məlumatları hardan almaları ilə bağlı sorğu sual edilsinlər. Bizim vəsatətimiz təmin edildi və həmin şəxslər dindiriləcək”.

Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 


Вернуться назад