Главная > Siyasət > Qətər körfəz ölkələrinə cavab verdi

Qətər körfəz ölkələrinə cavab verdi


28-06-2017, 16:14.

Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla görüşündə önəmli açıqlamalar verib.

Xarici işlər naziri körfəz ölkələri tərəfindən Qətər böhranın həlli üçün irəli sürülmüş şərtləri əsassız adlandırıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn tərəfindən böhrana son qoyulması üçün təqdim edilən tələb siyahısı sübut olunmamış iddialardır:

"Bu cür şərtlər təqdim edilməzdən əvvəl problemin səbəblərini araşdırmaq lazımdır. Bundan sonra bütün tərəflərin də iştirakı ilə böhranın həlli üçün çıxış yolları təklif oluna bilər".//qaynarinfo

 


Вернуться назад