Главная > Baş Xəbər > Dünyanın ən qəddar həbsxanası (FOTOLAR)

Dünyanın ən qəddar həbsxanası (FOTOLAR)


28-06-2017, 14:39.

Əsası 18-ci əsrdə qoyulan "Qara Delfin" həbsxanasında dünyanın ən vəhşi qatilləri, terrorçular, siyasətçilər və cinayətkarlar saxlanılır.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Qazaxıstanla sərhəddində yerləşən həbsxanada 700 məhbus var.

Məhbusların birlikdə 3500 insanın ölümünə səbəb olduğu bildirilir və orta hesabla hər cinayətkara 5 qətl düşür. Həbsxanada məhbusların sayından daha çox, 900 nəfər nəzarətçi işləyir və onlar hər 15 dəqiqədən bir məhkumları yoxlayırlar. Azadlıqdan məhrum edilmiş şəxslərə gündə bir dəfə 90 dəqiqə daha geniş otaqda gəzmək icazəsi verilir və 3 nəfər nəzarətçi ilə bu otağa belləri bükük, əlləri bağlanmış şəkildə aparırlar.

Yuxu saatları xaricində yatmalarına və uzanmalarına icazə verilməyən məhkumlara gündə 4 dəfə fərqli şorba verilir.


 


Вернуться назад