Главная > Aktual > Gürcüstanda Əfqan Muxtarlı müzakirələri: Avropa rəsmisi Arif Hacılı ilə görüşəcək

Gürcüstanda Əfqan Muxtarlı müzakirələri: Avropa rəsmisi Arif Hacılı ilə görüşəcək


27-06-2017, 09:43.

Avropa Parlamentində ALDE (Avropa Liberal və Demokratlar ittifaqı) fraksiyasının vitse-prezidentiHenrix Bax MortensenGürcüstanda rəsmi səfərdədir.

Bu haqda "Rustavi 2” telekanalı məlumat yayıb.

Avropa rəsmisi Gürcüstanda ALDE üzvü olan Azad Demokratlar və Respublikaçılar partiyalarının təmsilçiləri ilə görüşüb. Həbsdə olan jurnalistƏfqan Muxtarlıişi ilə bağlı məlumat toplayan vitse-prezident deyib ki, bu məsələ Gürcüstan üçün demokratiya sınağıdır.

"Rustavi 2” xəbər verir ki, yunun 27-də Tbilisidə Henrix Bax Mortensen Müsavat başqanı Arif Hacılı ilə görüşəcək. Arif Hacılının həmçinin Azad demokratlar və Respublikaçılar partiyalarının təmsilçiləri ilə görüşü planlaşdırılır. Görüşlərdə Əfqan Muxtarlının işi və Gürcüstanda mühacirətdə olan soydaşlarımızın təhlükəsizliyi məsələləri müzakirə olunacaq.

İyunun 27-də Əfqan Muxtarlı işi ilə bağlı başqa müzakirələr də nəzərdə tutulub. Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Bu haqda "Basta”ya Leyla Mustafayeva məlumat verib.

Qeyd edək ki, Müsavat Partiyası ALDE-nin üzvüdür. Bundan öncə ALDE qrupu Əfqan Muxtarlının dərhal həbsdən azad olunmasını tələb edərək, Müsavat Partiyası və onun başqanı Arif Hacılıya dəstəyini ifadə edən bəyanat yaymışdı.

Mustafa Hacıbəyli, bastainfo.com

 


Вернуться назад