Главная > Aktual > Bu ölkədə türklərə ev verilmir

Bu ölkədə türklərə ev verilmir


24-06-2017, 23:20.

Almaniyada ən çox türk və ərəb kişiləri kirayə ev tapa bilmirlər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı məşhur Almaniya jurnalı "Der Şpiqel” yazıb.

Məlumata görə, Almaniyada ev sahibləri türk və ərəb kişilərinə ev verməkdən çox vaxt imtina edirlər. Türklərin və ərəblərin ev tapmaqda ən çox əziyyət çəkdiyi şəhər isə Münhen və Frankfurt şəhərləri hesab olunur.

Xatırladaq ki, son illər Avropada miqrantlara qarşı kəskin mövqe formalaşmağa başlayıb. Almaniyada artıq miqrantlara qarşı sərt çıxışları ilə seçilən ultrasağçı PEGİDA təşkilatı öz fəaliyyətini genişləndirib. Üstəlik, təşkilatı müdafiə edənlərin də sayı artıb. Bu təşkilat miqrantlarla bərabər Almaniyanın türk əsilli vətəndaşlarını da özünün düşmənləri siyahısına salıb.

 



Вернуться назад