Главная > İdman > Futbol üçün doğulan: Messinin 30 yaşı tamam olur (FOTOLAR)

Futbol üçün doğulan: Messinin 30 yaşı tamam olur (FOTOLAR)


24-06-2017, 19:16.

Dünyanın ən güclü futbolçularından biri, İspaniyanın "Barselona” klubunun və Argentina millisinin hücumçusu Lionel Messinin 30 yaşı tamam olur.

Messi dünyanın ən yaxşı futbolçusu kimi 5 dəfə "Qızıl top” mükafatını alıb, 4 dəfə Çempionlar liqasının qalibi olub.

Onun kolleksiyasında yalnız Argentina milli komandası ilə dünya çempionu titulu yoxdur.

Messi doğma Rosariodan Barselonaya 13 yaşında gəlib və o vaxt İspaniya klubu öz tarixində ən mühüm transfer gedişi edib.

Messi uşaqlığında boy artımı hormonundan əziyyət çəkib, "Barselona” istedadlı oğlanı ailəsi ilə birlikdə dəvət edərək ayda təxminən min dollarlıq müalicə xərcini ödəyib.

Nəticədə klub iki on ildir liderini qazanıb. Messsi təkcə dünya ulduzu səviyyəsinə qədər yüksəlməyib, həm də "Barselona”nın oyun konsepsiyasına ideal uyğun gəlir.

Messi "Barselona”da oynadığı 13 il ərzində 10 baş məşqçi dəyişikliyi olub, lakin oyun tərzini onlar yox, Leonun fəaliyyəti müəyyən edib.

"Barselona”nın tarixində qalib gəldiyi Çempionlar liqasında 4 qələbə Messi ilə birlikdə əldə edilib.

Argentinalı forvard İspaniya çemionatında məhsuldarlığına görə bütün rekordlara imza atıb.
O 2011/12-ci il mövsümündə 73 qola imzaatıb. 2012-ci ildə isə ümumilikdə 79 qol vurub və bu rekordu kiminsə təzələyəcəyi yəqin ki mümkün olmayacaq.

30 yaşlı Messi İspaniya çempionatında da 349 qolla məhsuldarlıq rekordçusudur və bunun üçün ona 382 oyun bəs edib.

Messi 2016/17-ci illər mövsümündə o qədər də yaxşı çıxış etməsə də, 4-cü dəfə İspaniya çempionatının ən məhsuldar oyunçusu olub.

O, rəqib qapılarından keçirdiyi 37 qolla karyerasında 4-cü məhsuldarlığa nail olub.//pressday


Вернуться назад