Главная > İqtisadiyyat > “Nissan" 7 minə yaxın avtomobili geri çağırdı

“Nissan" 7 minə yaxın avtomobili geri çağırdı


22-06-2017, 21:51.

"Nissan Manufacturing Rus" şirkəti Rusiyada 7 minə yaxın avtomobili geri çağırıb.

 

Trend-in məlumatına görə, qərar sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədardır.

 

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş "Nissan Murano Z51" modellərinə şamil olunur.

 

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

 


Вернуться назад