Главная > Ölkə > Neft yenidən ucuzlaşdı

Neft yenidən ucuzlaşdı


12-01-2016, 00:12.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,44 dollar azalaraq 31,72 dollar təşkil edib.

 

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,60 dollar azalaraq 31,95 dollar olub.

 

Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatında müşahidə olunan mənfi tendensiyadır. Bazar iştirakçıları hesab edir ki, Çinin milli valyutası olan yuanın devalvasiyası davam edəcək.


Вернуться назад