Главная > Mədəniyyət > “Trampın ölümü”nün səhnələşdirilməsi ABŞ-da qalmaqal yaradıb

“Trampın ölümü”nün səhnələşdirilməsi ABŞ-da qalmaqal yaradıb


20-06-2017, 19:15.

Nyu-Yorkda Şekspirin "Yuli Sezar” əsəri səhnələşdirildi. Lakin əsərdəki "Yuli Sezar”ın Donald Trampa bənzədilməsi ABŞ-da fəaliyyət göstərən bir neçə teatrı təhdid və şikayət yağmuruna tutdu. Teatrlara gələn şikayətlərdə heyətin öldürülməsi belə tələb edilir.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, şikayətlərin bir neçə teatra edilməsinə səbəb isə pyesin hansı teatrda oynandığının dəqiqləşdirilməməsi olub.

Şekspir bu əsəri 1599-cu ildə yazıb və əsərə görə Yuli Sezar Roma senatorları tərəfindən öldürülür. Əsər 2061 il bundan qabaq öldürülən Yuli Sezarın qətli haqqındadır. Keçən ay əsər müasir dövrə uyğun dəyişdirilib, Nyu-Yorkun "Public” teatrında səhnələşdirildi. Əsərin baş qəhrəmanı Yuli Sezar sarı saçlı təsvir olunmuşdu. Üzərinə isə kostyum və qırmızı qalstuk geyindirimişdi. Əslində isə Yuli Sezarın deyil, Donald Trampın səhnələşdirildiyi iddia edilir.

Donald Trampın özü də məsələyə münasibət bildirib. "İncəsənət”ə siyasi don geyindirilir. Bu, ciddi məsələdir” – Tramp tvitterdə yazıb.

Tamaşanın nümayişi dayandırılsa da teatrlara gedən şikayətlərin ardı-arası kəsilmir. Sponsorlar belə, sponsorluqlarını geri çəkdi.

Qeyd edildiyi kimi, ölkəboyu bir neçə teatr hədəf götürülmüşdü. Məsələn, "Shakespeare Dallas” teatrına gün ərzində 90 elektron şikayət məktubu, "Shakespeare & Company” teatrına isə təxminən 50 elektron məktub göndərilib, üstəgəl 10 dəfə qəzəbli telefon zəngləri olub.

"Shakespear Dallas”ın direktoru isə gələn şikayətlərə cavab olaraq deyib ki, kimsə siyasi şərh görmək istəmirsə, baxmağa gəlməsin.

Digər tərəfdən, hər nə qədər şikayətlər gəlsə də, bir o qədər də dəstək gəlib. Əsəri tamaşaya qoyan "Public” teatrı bu barədə məlumat verərək, qeyd edib ki, 46000 auditoriya üzvünə və dünyaboyu dəstəkçilərinə təşəkkür edir.


Вернуться назад