Главная > Türk Dünyası > Faiq Ələkbərli: "Artıq dünyada “Türk fəlsəfəsi” anlayışını ciddi şəkildə ortaya qoymağın zamanıdır!" - FOTOLAR
Faiq Ələkbərli: "Artıq dünyada “Türk fəlsəfəsi” anlayışını ciddi şəkildə ortaya qoymağın zamanıdır!" - FOTOLAR20-06-2017, 08:09. |
14-16 iyun 2017-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində Qazax Milli İncəsənət Universiteti, Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun təşkilatçılığı ilə keçirilən "Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik” VI Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Beynəlxalq konfransda Türksoylu dövlətlərin və ölkələrin
(Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Yakutiya,
Başqırdıstan, Altay, Kalmıkiya, Xakasiya və b.) alimləri ilə yanaşı, digər dövlətlərin
nümayəndələri də qatılıblar. Həmin beynəlxalq konfransda iştirak edən AMEA Fəlsəfə
İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk
Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli
(Qəzənfəroğlu) bizimlə söhbətində bildirib ki, plenar iclasda "Şamanizm, yoxsa
Tanrıçılıq fəlsəfəsi” adlı məruzə ilə çıxış edib. O məruzəsində qeyd edib ki,
XIX-XX əsrlərdə Tanrıçılıqla bağlı dini-fəlsəfi inanclar Avropa və Rusiya
elmində daha çox "şamanizm” ya da "qamlıq” kimi verilməyə çalışılıb: "Halbuki
Avropa alimləri tərəfindən "şamanizm” adlandırılan, ancaq əski dönəmlərdə
qamların fəlsəfi dünyagörüşünü əks etdirən biliklər Tanrıçılıqdan başqa bir şey
deyildir. Başqa sözlə, "Qam” ya da "Şaman” Tanrıçılıq dinində "filosof” rolunu
oynadığı üçün, bu dini Qamlıq ya da Şamanizm adlandırmaq yanlışdır. Çünki
Tanrıçılığı təbliğ edən "şaman” deyil, Qam olmuşdur. Bu baxımdan indi
"şamanizm” kimi qələmə verilən dini-mifoloji inanclar daha çox Qamların təbliğ
etdiyi Tanrıçılıqla bağlıdır”.
Вернуться назад |