Главная > Sosial > Mitinqlərin baiskarı, əlillərə pul atan deputat “qara dəftər”də - İddialar

Mitinqlərin baiskarı, əlillərə pul atan deputat “qara dəftər”də - İddialar


19-06-2017, 23:16.

Parlamentin ən passiv deputatlarından olan Əsabil Qasımov siyasi rəhbərliyin "qara siyahı”sında yer alıb. Buna səbəb onun barəsində tez-tez ittihamların səslənməsi, biznes işində ayrı-ayrə adamları aldatmasıdır.

Üstəgəl, Milli Məclisdə heç bir çıxışı ilə fərqlənməyib. Habelə, bir müddət əvvəl unun qiymətini qaldırmaqla etiraz aksiyalarına səbəb olmuşdu.

Ulus.Az-a verilən məlumata görə,bu faktorlar Ə.Qasımovun hakimiyyətin qəzəbinə tu gəlməsi ilə nəticələnib.

Hətta onun 2020-ci il parlament seçkilərində iştirakının üstündən xətt çəkildiyi iddia edilir. Millət vəkili indiyə qədər bircə dəfə müsbət addımı ilə diqqət mərkəzinə düşməyib.

Elə son olaraq da əlillərin pulunu mənimsəyib. Bu barədə gununsesi.info yazıb ki, Milli Məclisin İmişli rayonundan seçilən deputatı Əsabil Qasımov 6 ildən çoxdur əlillərə olan 77 min dollar borcunu qaytarmır.

I qrup əlil Rauf Sultanov sosial şəbəkədəki səhifəsində yazıb:"Bu yaxınlarda millət vəkili Əsabil Qasımova məxsus "Marina Plaza”nın qarşısına gedərək haqqımızı istədik. Bu zaman plazanın təhlükəsizlik əməkdaşları bizə yaxınlaşaraq bildirdilər ki, Əsabil müəllim burada olmur.

Təxminən 1 saat sonra Əsabil Qasımovun vəkili bizə zəng edərək görüşmək istədiyini bildirdi. Görüş zamanı vəkil dedi ki, Əsabil müəllimin sözü budur ki, birdə plazanın qarşısına gəlsəniz, hüquq- mühafizə orqanlarının əməkdaşları sizi həbs edəcək.

Bu sözü eşitdiyimizdə onlarla aramızda mübahisə yarandı və dedik ki, haqqımızı istədiyimiz zaman hüquq-mühafizə orqanı bizə nə edəcək ki?
Artıq Əsabil Qasımov bizə hüquq-mühafizə orqanları adından hədə-qorxu gəlir. Təbii ki, onun bizə istənilən pisliyi dəyə bilər.

Hətta şərləyib həbs də etdirə bilər. Əgər deputat əlillərə məxsus 77 min ABŞ dollarını bugünədək qaytarmayıbsa, artıq onun niyyəti bəllidir”.

Ulus.Az-a verilən məlumata görə, millət vəkilinin onlara olan borcu 145 min ABŞ dolları civarındaymış:

"Onun borcu 145 min ABŞ dolları idi. Əsabil Qasımov bir hissəsinin əvəzində ev verdi. Yerdə qalan 77 min dollar borcu isə istəyəndə hədə-qorxu gəlir. Əsabil Qasımov əlilləri o həddə gətirib çıxarmaq istəyir ki, onlar özlərini kəsib doğrasınlar”.

R.Sultanov və Qarabağ müharibəsi veteranı Habil Cəfərov İmişli rayonunun millət vəkili Əsabil Qasımova aid olduğu bildirilən Karat MTK-nın dəmirlə (armatur) təmin edilməsində vasitəçilik ediblər.

Şikayətçinin sözlərinə görə, 2002-ci ildən millət vəkilinin holdinqinə daxil olan bütün şirkətləri armaturla təmin edib.

Bu işbirliyi 2014-cü ilə, daha dəqiq desək, keçmiş ”Qaqarin körpüsü”nün yaxınlığındakı "Azinvest” iş mərkəzinin tikintisinə kimi davam edib.

Yada salaq ki, deputat Əsabil Qasımovun ailəsinə məxsus olan "Karat” holdinqin 2015-ci ilin dekabrında bahalaşma getməsi mitinqlərə səbəb olmuşdu.

Deputatın ailə holdinqi Azərbaycan un məhsulları bazarında kifayət qədər böyük çəkiyə malikdir.

Bu baxımdan deputatın ailə şirkətinin qiymətləri qaldırması manatın qiymətdən düşməsi fonunda ölkədə çörəyin qiymətinə, çəkisinə də birbaşa təsir edir.

Xatırladaq ki, 2015-ci ildə holdinqin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə İmişlidə "Karat”da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulub.

Həmin anbarlardan biri Milli Məclisin deputatı Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovun, digəri isə iş adamı Nizami Umudovundur. Bütün bunlar yuxarı dairələrin dosyesində Ə.Qasımovla bağlı qərarın verilməsi üçün əlavə olunan detallardır.


Вернуться назад