Главная > Region > Raqub Məmmədov və qardaşının uğurlu “baş həkim əməliyyatı”

Raqub Məmmədov və qardaşının uğurlu “baş həkim əməliyyatı”


11-01-2016, 16:39.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun iştirakı ilə həyata keçirilən daha bir "uğurli əməliyyat” haqda məlumat almışıq.

Rayondakı mənbələrdən Savash.org-a daxil olan informasiyaya görə, icra başçısı bir müddətdir ki, yekunlaşdırmaq istədiyi işi reallaşdırıb. Söhbət Ağdam rayon Mərkəzi Xəstəxanasının vakant qalan baş həkim vəzifəsinə təyinatın verilməsindən gedir. 

Savash.org xatırladır ki, ölkə mətbuatında Ağdam RİH başçısının qardaşı, Yevlax rayon polis şöbəsinin rəis müavini Şahin Məmmədovun bu işdə xüsusi canfəşanlıq göstərməsi haqda məlumatlar dərc olunub. Həmin məlumatlara görə, Ağdamın icra başçısı və onun qardaşı vəzifə boşaldığı gündən səhiyyə naziri Oqtay Şirəliyevin adından alverə keçiblər. 

Daxil olan məlumata görə, ötən ilin dekabr ayının sonunda vəzifəsindən çıxarılan Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın kürsüsü uğrunda mübarizə qeyri rəsmi "tender üsulu” ilə dolub. Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, 09 yanvar 2016-cı il tarixində Ağdam rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. Yeni baş həkim isə Haqverdiyev Bəxtiyar Davud oğludur.

O, bundan öncə Yevlax rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyirmiş. Əslən Xocalıdan olan Bəxtiyar Haqverdiyevin baş həkim postuna təyinat ala bilməsində isə icra başçısı Raqub Məmmədovun qardaşı, Yevlax rayon Polis Şöbəsi rəisinin müavini Şahin Məmmədovun xüsusi rolunun olduğu deyilir. 

İnformasiya qaynağımız bildirir ki, Ağdam RİH başçısı Bəxtiyar Haqverdiyevin Ağdam rayon xəstəxanasının baş həkimi təyinatına nail olmaq üçün bir dəfə Səhiyyə Nazirliyinə təqdimat göndərsə də onun namizədliyi təsdiqlənməmişdi. Buna baxmayaraq inadından dönməyən Raqub Məmmədov yanvar ayının əvvəlində bu məsələni çözməyi bacarıb.

Sonda xatırladaq ki, buna qədər mətbuatda icra başçısı və qardaşının baş həkim vəzifəsini 170 min ABŞ dollarına təklif etməsi haqda iddialar səslənib. Bəxtiyar Haqverdiyevin həmin vəzifəyə ikinci cəhddə təyinatı isə Məmmədov qardaşlarının maddi umacaqlarının təmin olunması ehtimalını gücləndirir.
 Raqub Məmmədov və qardaşının uğurlu
 
ULUYOL.İNFO
 


Вернуться назад