Главная > GÜNDƏM > Fransada parlament seçkilərinin ikinci turu: ilkin nəticələr açıqlandı

Fransada parlament seçkilərinin ikinci turu: ilkin nəticələr açıqlandı


18-06-2017, 22:47.

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun "İrəli, Respublika!” hərəkatı qalıb gəlir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 56 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 41,25 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi "Respublikaçılar” partiyası 22,59 faiz, Marin Le Penin "Milli Cəbhə”si 9,93,01 faiz, sabiq hakim "Sosialist Partiyası” 6,24 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 2,89 faiz səs toplayıb.

 


Вернуться назад