Главная > Ölkə / Mənəviyyat > “81 yaşlı baş nazir və 76 yaşlı müavinlə islahat aparmaq olarmı?”

“81 yaşlı baş nazir və 76 yaşlı müavinlə islahat aparmaq olarmı?”


11-01-2016, 16:31.

artur

Bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda əsas müzakirə olunan məsələ manatın məzənnəsi (məsul orqan Mərkəzi Bank), süni qiymət artımı (məsul orqan İqtisadiyyat və Sənaye Nazirliyi), neftin qiyməti və gəlirlərin idarə olunması (məsul orqan – Dövlət Neft Fondu) olsa da çıxış edənlər Maliyyə Naziri, Kənd təsərrüfatı naziri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri olub. Mənim çıxış edənlərə etiraz yoxdur, sadəcə çıxışçıların hansı əsasla müəyyənləşdirilməsi maraq doğurur. Nədən bu iclaslarda bir dəfə də olsun baş nazir kürsüsündə oturan Artur Rəsizadə və baş nazirin müavini vəzifəsini daşıyan Abid Şərifov çıxış etmirlər. Sizcə 20-dən çox ölkə hökümətinə başçılıq edən, müşavirələrdə yuxarı başda əyləşən 81 yaşlı baş nazir və 76 yaşlı müavinlə Azərbaycan iqtisadiyyatında islahat aparmaq olarmı?

Qubad İbadoğlu, iqtisadçı ekspert


Вернуться назад