Главная > Media > Türk mediası ermənilərə vurulan ağır zərbədən yazdı - Foto

Türk mediası ermənilərə vurulan ağır zərbədən yazdı - Foto


17-06-2017, 23:21.

Ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən atışma zamanı 3 erməni əsgər öldürülüb, 2 əsgər isə xəstəxanada keçinib.

Bu barədə Türkiyənin "Taymtürk" xəbər portalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bir neçə erməni əsgəri də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ermənistan hər zaman olduğu kimi xalqın etirazlarından ehtiyat etdiyi üçün itkilərini gizlədir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatının qarşısının alındığı zaman endirilən cavab zərbəsi nəticəsində 6 erməni əsgərin məhv edildiyini bildirib. Ermənistan Müdafiə Nazirliyi ölənlərdən 4-nün adını açıqlayıb, 2 yaralının olduğu haqda rəsmi məlumat yayıb.

 


Вернуться назад