Главная > Baş Xəbər > Müsavat AKM Avropanın 5 şəhərində mitinqlər keçirdi – Foto-Video

Müsavat AKM Avropanın 5 şəhərində mitinqlər keçirdi – Foto-Video


17-06-2017, 20:17.

Bu gün Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) Avropanın müxtəlif şəhərlərində silsilə mitinqlər keçirib.

İyunun 17-də Müsavat AKM-in təşkilatçılığı ilə başlayan mitinqlər almaniyanın Frankfurt, Dortmund, Nürnberq, Fransanın Laval, İsveçin Höteborqşəhərlərində baş tutub.

"SİYASİ MƏHBUSLARSIZ AZƏRBAYCAN” şüarı altında keçirilən mitinqlərdə vicdan məhbuslarıƏfqan Muxtarlı, Gözəl Bayramlı, Mehman Hüseynov, İlqar Məmmədov, İlkin Restəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzivə digər siyasi məhbusların azadlığı tələb edilib.

Frankfurtda keçirilən aksiyadan "Basta”ya məlumat verən Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu aksiyada qəbul olunan qətnamənin beynəlxalq Qurumlara təqdim olunduğunu bildirib. Qətnamədə Əfqan Muxtarlının və Gözəl Bayramlının həbsi pislənilir, bütün siyasi məhbusların azad edilməsi tələb olunur. Aksiyanın qətnaməsində həmçinin İsa Qəmbərin, Arif Hacılının, Gülağa Aslanlının və Mustafa Hacıbəylinin prokurorluğa çağırılması hakimiyyətin Müsavat Partiyasına qarşı təzyiqi kimi qiymətləndirilir və buna son qoyulması tələb edilir.

Mitinqdə çıxış edən Müsavat AKM-in sədri İlham Həsən Azərbaycanda azad və demokratik cəmiyyətin qurulmasınadək aksiyaların davam edəcəyini bildirib.

Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində aksiyaların təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib

Aksiyalarda çəkilən foto və video görüntüləri oxucularımıza təqdim edirik:

A. İsmayıl, bastainfo.com




Вернуться назад